Azərbaycanda bəylə gəlinin rəqsi müzakirələrə yol açıb.
Ölkə.Az-ın məlumatına görə, Bakıda baş tutan toyda lentə alınan görüntülər diqqət çəkib.
Məşhur restoranlardan birində bəylə gəlinin zala daxil olması ənənəvi vağzalı musiqisi ilə müşayiət olunmayıb.
Belə ki, onlar qapılar açılar-açılmaz əcnəbi musiqisi sədaları altında oynamağa başlayıb. Bəylə gəlinin ardınca zala daxil olanlar da rəqslə onları müşayiət ediblər.
Sosial media istifadəçilərinin görüntülərə münasibəti birmənalı olmayıb. Onlar arasında gənclərin addımını müasirliklə əlaqələndirənlərlə yanaşı tənqid edənlər də yer alıb. Vağzalının əvəzolunmaz musiqi olduğunu deyən sosial şəbəkə istifadəçiləri xalq oyun havasının simvolikliyini önə çəkiblər.