Talıbovları çətin suallar gözləyir - “Baş kassir”in bildiyi sirlər 

 20-04-2024

Naxçıvanın keçmiş maliyyə naziri, 144 milyon manatlıq yeyintidə ittiham olunan Rəfael Əliyevin məhkəməsi  başlayanda “Yeni Müsavat” bu prosesdə “böyük başların” hədəfdə olduğu barədə yazmışdı. “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a  demişdi ki, Rəfael Əliyevin özbaşına 144 milyon manatı mənimsəməsi mümkünsüzdür: 

“Rəfael Əliyev vəzifədə olduğu müddətdə Naxçıvan rəhbərliyində təmsil olunan, ona nəzarət etməli olan şəxslər də onun suç ortağıdır və onunla müttəhimlər kürsüsünü bölüşməlidirlər. Nazir oğurlayıb, bundan Vasif Talıbovun xəbəri olmayıb? Naxçıvan elə bir yerdir ki, orada kimin neçə toyuğu varsa, o da bilinir”.

 Son prosesdə Rəfael Əliyev deyib ki, ayrı-ayrı dövlət orqanlarında qiymətlərin şişirdilməsi, bu yolla büdcə vəsaitlərinin yeyilməsi hallarını üzə çıxarıb. Bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovu bilgiləndirib. Seymur Talıbov problemin çözüm yolunu o qurumların hər birindən mənimsənilən məbləğin 10 faizini almaqda görüb. Təqsirləndirilən Rəfael Əliyev deyib ki, bu göstərişə əməl edib. 

Qeyd edək ki,  sabiq maliyyə naziri  ilə yanaşı Naxçıvan Dövlət Gömrük Komitəsinin Tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi  araşdırılır. Onlar  Milli Elmlər Akademiyasının prezidenti, deputat İsa Həbibbəylinin oğlu, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sabiq sədri Səhhət Həbibbəyliyə hər ay pul verdiyini deyiblər. Seymur Talıbovu nə gözləyir? Nazir oğurlayıb, bundan Vasif Talıbovun xəbəri olmayıb? 

Tanınmış vəkil Əkrəm Həsənov  “Yeni Müsavat”a deyib ki, rəhbər şəxsin baş verənlərdən xəbərsiz olması mümkün deyil: “Naxçıvan "bir əldən" idarə olunurdu, kimsənin cürəti çatmazdı ki, özbaşına 1 manatı götürsün.

Məsələnin hüquqi tərəfinə görə hər kəsin günahı sübut olunmalıdır. Sübut isə belədir ki, onun sənədlərdə imzası olmalıdır, razılıqlar verilib. Aydın məsələdir ki, belə sübutları əldə etmək asan məsələ deyil. Digər tərəfdən isə Vasif Talıbov o qədər savadsızdır ki, ola bilsin belə sübutlar da var. Adətən savadlı insan cinayət edəndə iz buraxmır. Azərbaycan xalqının bəxti onda gətirib ki, məmurlarının mütləq əksəriyyəti savadsızdır. Onların qanunsuzluqları o qədər üzdə olur ki, ən səthi araşdırmalarla sübut etmək olur. Məhkəmədə verilən şahid ifadəsi də araşdırmalar üçün əsas ola bilər". 

Bənzər yazılar

0.091731071472168