Goranboy rayonunda kişi arvadını maşınla vurdu, sonra bıçaqladı

 24-03-2022

Goranboy rayonunda kişi həyat yoldaşını bıçaqlayıb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Dəliməmmədli kəndində qeydə alınıb.

Belə ki, rayonun Qızılhacılı kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Mehman həyat yoldaşı, 1985-ci il təvəllüdlü Məmmədova Əfsanəni idarə etdiyi “Land Rover” markalı avtomobillə vurub.

Daha sonra isə qadına üç bıçaq zərbəsi yetirib. 

Ə.Məmmədova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

 

Bənzər yazılar

0.35417509078979