10 gündür itkin düşən qadının anası kürəkənini İTTİHAM EDİR: Ya mənim uşağımı öldürüb, YA DA...

 18-08-2022

Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Asimə Məmmədova avqustun 7-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

MillətinSəsi.info xəbər verir ki, 10 gündən çox müddət keçməsinə baxmayaraq qadının yerini müəyyən etmək mümkün olmayıb.

İtkin düşən Asimə Məmmədovanın valideynləri qızlarının həyat yoldaşı Azər Nağıyev tərəfindən öldürülümə ehtimalından danışıb. A.Məmmədovanın atası Məmmədəli Məmmədov REAL TV-yə bildirib ki, qızının itkin düşməsində günahkar kürəkənidir:

"Qızıma zülm və işgəncə verirdi. Bir neçə dəfə evdən qaçmışdı. Həm bizə, həm də nənəsigilə getmişdi. Boşanmaqla bağlı ərizə də vermişdi. Sonra yalvardılar bizə qızı apardılar. İstəyim budur ki, balamız tapılsın. Onun ölü və ya diri olmasını bilmək istəyirik".

İtkin düşmüş qadının anası Nabat Mehdixanova isə deyib ki, qızı bir neçə dəfə boşanmaq istəyib: "O, çox deyirdi ki, boşanmaq istəyir. Çünki əri hər gün spirtli içki qəbul edirdi. Mən belə fikirləşirəm ki, ya mənim uşağımı öldürüb, ya da onu çölə çıxardıb ki, o da bir mərdimazara rast gəlib".

 

Bənzər yazılar

0.21578598022461