Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan xarici ölkələrə 718 milyon 122,16 min kVt/saat elektrik enerjisi ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 40 milyon 568 min dollar olub. Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,6 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,6 qəpik təşkil edib.
Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.
Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazardakı qiyməti 8 (200 kVt/saat-a qədər), 9 (200- 300 kVt/saat olduqda) və 13 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 10 qəpik təşkil edir.
Elnur Əli