Xaricdə təhsillə bağlı YENİLİK

 09-04-2024

Vətəndaşlar xarici universitetlərə seçim edərkən çətinlik çəkir, yaxud da akkreditasiyası olmayan ali təhsil müəssisələrinə üz tuturlar. Bu istiqamətdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) saytında yeniliklər olunacaq.

Musavat.com-un xəbərinə görə, bunu TKTA İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, bu günə qədər ekspertizası həyata keçirilən ali təhsil müəssisələrinin müvafiq siyahısı qurumun rəsmi saytında yerləşdiriləcək. Tural Əhmədov siyahıda akkreditasiyası olan təhsil müəssisələrinin göstəricilərinin yer alacağını qeyd edib.

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomu tanınmayan universitetlərin siyahısını və diplomların hansı səbəbdən tanınmaması ilə bağlı müvafiq ekspertiza nəticələrini saytında yayımlayacaq”.

Onun sözlərinə görə, vətəndaşlar xaricdə təhsil üçün universitet seçimi edərkən çətinlik çəkirlər və ya bilmədən akkreditasiyası olmayan ali təhsil müəssisələrinə üz tuturlar:

“Yaxın günlərdə agentlik həmin universitetlərin siyahısını dərc edəcək. Həmçinin kvalifikasiyadan keçə bilməyən diplomların ekspertiza nəticələrini saytda yerləşdirəcək. Artıq burada aşkarlanan uyğunsuzluqların faizi göstəriləcək. Bununla da vətəndaşlar daha dəqiq məlumat alacaqlar”.

Bənzər yazılar

0.21944713592529