Azərbaycan Ordusunun təlim zamanı həlak olan əsgəri ilə vida mərasimi keçirilib

 06-04-2024

Azərbaycan Ordusunun təlim zamanı açılan atəş nəticəsində həlak olan əsgəri Saleh Xələfovla vida mərasimi keçirilib.

“Report”un Şimal bürosu xəbər verir ki, mərasim mərhumun ailəsinin yaşadığı Quba şəhərinin “Dəvədabanı” yaşayış massivində təşkil olunub.

Vidada rəsmi şəxslər, əsgərin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim başa çatandan sonra S.Xələfov Quba şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü Xələfov Saleh Kamal oğlunun təlim atış çalışmaları yerinə yetirilən zaman ona təhkim olunmuş odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.

Xatırladaq ki, S.Xələfov Quba rayonunun Əlik kəndində anadan olub. Hərbi xidmətə ötən ilin oktyabr ayında yollanmışdı.

 

Bənzər yazılar

0.12102198600769