Model "Ferrari" ilə qəzaya düşdü - yanaraq öldü

 05-04-2024

Ukraynalı model Anna Kraevskaya İtaliyada bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. 

Bu barədə "La Repubblica" məlumat yayıb.

O, "Ferrari" ilə qəzaya düşərək ölüb. Nəşrin məlumatına görə, avtomobili İsveçrə sakini, Dj Style Q kimi tanınan Hisni Kestay idarə edib. "Ferrari" saatda təxminən 320 km sürətlə hərəkət edərək hasara çırpılıb və parçalanıb. Bundan sonra yanğın başlayıb - Kraevskaya və Kestayın cəsədləri yanıb.

İlkin məlumata görə, qəzadan bir neçə saat əvvəl Dj Style Q İsveçrə klubunda çıxış edib. (Qaynarinfo )

 

Bənzər yazılar

0.20250511169434