Avtomobili ağ və qırmızı olmayanlar nə etməlidir? - AÇIQLAMA

 29-03-2024

Azərbaycanda taksi fəaliyyətində istifadə olunan avtomobillərin qırmızı və ya ağ olması ilə bağlı tələb müəyyən olunub.

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, tələb bütün taksi fəaliyyətinə aiddir:

“Bu, taksi operator şirkətləri və fərdi qaydada çalışan vətəndaşlara şamil edilir. Əgər taksi fəaliyyəti ilə məşğul olurlarsa, avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır”. 

Ekspert deyir ki, minlərlə vətəndaşımızın fərqli rənglərdə avtomobilləri var və taksi fəaliyyəti ilə məşğul olurlar:

“Onlar da bununla bağlı narahat olmasınlar. Bu ilin mart ayından iyulun 1-nə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) müvafiq portalına daxil olaraq elektron icazə alsınlar və fəaliyyətlərini davam etdirsinlər. Bu qaydalar iyulun 1-dən qüvvəyə minəcək. Əgər hansısa vətəndaşın taksidə istismar etdiyi avtomobilin rəngi qaradırsa, iyulun 1-ə qədər qeydiyyatdan keçərək bu avtomobil ilə taksi fəaliyyəti ilə məşğul ola biləcək. Sadəcə avtomobilin yaşı 15 ildən çox olmamalıdır”. 

“İyulun 1-dən isə qeydiyyatdan keçənlərin avtomobilləri mütləq qırmızı və ya ağ olmalı, yaşı isə 8 ildən çox olmamalıdır”, - deyə E. Cəfərli əlavə edib.

Könül
Ölkə.Az 

 

Bənzər yazılar

0.058350086212158