Bir neçə gündür Cəlilabadda yağan leysan yağışlar nəticəsində dağlardan gələn sel suları rayonda ciddi təhlükələrə yol açıb.
Yerli sakinlərin sözlərinə görə, onlarla ev və yaşayış sahələrin su basıb. Rayonun, cəlilabadlı fermerlərin sahələri məhz elə aramsız yağışlardan sonra ciddi ziyanla üzləşib.
Həmçinin, ötən gün rayonun dağlıq kəndlərinə güclü qar yağıb, nəticədə bir neçə yaşayış məntəqəsinin rayonla əlaqəsi kəsilib.
Maraqlı məqam isə odur ki, sosial şəbəkələrdə yayılan videoda adı və işlədiyi yeri açıqlamayan şəxsin çıxışı gülüş doğurub.
Belə ki, həmin videoda çıxış edən şəxs bildirir ki, Cəlilabad rayon icra başçısının göstərişi ilə qar yağıb: "Hal-hazırda Cəlilabad rayon icra başçısı cənab Rafiq Cəlilovun göstərişi ilə qar yağmışdır. Rayon rəhbərliyinin göstərişilə texnika gəldi, Azəryolservisin texnikaları tərəfindən yol təmizləmə işləri aparıldı. Hazırda vətəndaşların gəlişi-gedişi nizamlanıb."
Videonu təqdim edirik:
MillətinSəsi.info