Yeni serialda partnyor olacaqları üçün tənqid edildilər 

 26-03-2024

Türkiyəli məşhur aktyor Burak Denizin yeni layihəsi olan "Şehrazad" serialında baş roldakı partnyoru bəlli olub.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ekran işində B.Denizin tərəf müqabili aktrisa Su Burcu Yazgı Coşqun olacaq.

Aktyorlar arasında 15 yaş fərq olması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Serial Canfəza adlı qızla polis rəisi Mahirin imkansız sevgisindən bəhs edir.

“Şehrazad"ın başlama tarixi və digər təfərrüatları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Burak Denizin 33, Su Burcu Yazgı Coşkunun isə 19 yaşı var.

Bənzər yazılar

0.055221080780029