Gəncədə Şəhidlər Xiyabanı zibillik içindədir: milyonlar talanır VİDEO/FOTO

 23-03-2024

Son zamanlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər əhalisi ilə görüşlər keçirərək özünü reklam edir. Niyazi Bayramovun yarıtmaz idarəçiliyi göz qabağındadır, Gəncə şəhəri bərbad haldadır.

Daş-üstünə daş qoymayan icra başçısı absurd olan tərif yazılarla nə əldə etmək istiyir bilinmir. Onun oğlunun sosial şəbəkələrdə 904 markalı maşın nömrələri rekord qırdı, amma aidiyyəti qurumlar susdu.

Bununla bağlı cumhuriyyet.az bildirir ki, Gəncənin icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramov bahalı avtomobilini ictimaiyyətdən gizlətmək üçün dövlət nömrə nişanını dəyişməyə əl atıb. Məlum olub ki, başçı oğlunun 10 BB 904 nömrə nişanlı “Range Rover” markalı avtomobili var. Daha sonra eyni qarajda və eyni yerdə 10 ZZ 904 nömrə nişanlı “Mercedes S Class” markalı maşın görmək olar. Bu nömrə isə əvvəl “BMW X 6” markalı maşının üstündə olub.

İcra başçısının oğluna məxsus 10-BB-904, 10-OO-904, 10-KK-904, 10-ZZ-904, 10-TT-904, 10-AS-904 nömrəli “zerkalni” qeydiyyat nişanları diqqət çəkib. Atası 1280 manat məmur maaşı alan Bayramov küllü-miqdarda vəsait tələb olunan nömrələri necə əldə edib?

İcra başçısının oğlu indi həmin nömrəni çıxarıb başqa avtomobilinə qoyub. Gəncə icra başçısını oğlunun avtomobil kolleksiyasında 6 maşın var. Bu da bir məmur oğlunun hansı vəsaitlə bahalı maşınlar aldığına dair suallar doğurur. Hər halda Niyazi Bayramovun icra başçısı kimi aldığı maaş buna çatmaz.

Deməli, adi korrupsiya, mənimsəmə faktının nəticəsidir. Təqdim edilən videodakı, fotolardan bəlli olur ki, avtomobillər ən bahalı brendlərin istehsal etdiyi nəqliyyat vasitələridir. Bəhram Bayramovun maşınları isə bir qayda olaraq son nömrələri 904 olan dövlət nişanları ilə “bəzədilib”. Eyni zamanda cumhuriyyet.az olaraq Oğlunun bahalı həyat yaşadığı icra başçısının Gəncə şəhidlər xiyabanına münasibətini də aşağıdakı videoda sizə təqdim edirik:

Gəncə şəhərinin viran qalan küçələrinə asfalt çəkilməsi üçün tender elan edilsə də, lakin şəhərin bütün küçələri yarasız haldadır. Heç bir asfaltdan söhbət gedə bilməz. Gəncə şəhər əhalisi də belə yararsız küçələrdən əziyyət çəkir. Hətta elə küçələr var ki, onlara dəfələrlə asfalt örtüyü çəkilmək adı altında tender elan olunub, lakin ayrılan maliyyə öz təsdiqini tapmayıb. Odur ki, aidiyyəti qurumların bu məsələni nəzarətə götürərək, Gəncə şəhər əhalisinə kömək olunmasını xahiş edirik.

Niyazi Bayramovun rəhbəri olduğu Gəncə Şəhər İcra Hakimiyyəti və tabeliyindəki idarələr 2023-2024-cü ildə bağladığı tender müqavilələri bəhanəsi ilə külli miqdarda pul xərcləyib. Sözügedən icra orqanının 1 il 3 ay ərzində tenderə xərclədiyi məbləğ 30 milyon manatdan çoxdur.

Gəncə Şəhər İcra Hakimiyyətinin bağladığı müqavilələrin bəzilərini təqdim edirik:

Bənzər yazılar

0.059629201889038