Röya da Moskvada silahlı insidentin olduğu məkandadır - VİDEO

 22-03-2024

Xalq artisti Röya Ayxanın Moskvada  terror aktının törədildiyi ticarət mərkəzinin nəzdindəki “Vegas City Hall”dakı konserti təxirə salınıb.

Sənətçi bu barədə özünün “Instagram” hesabında məlumat verib.

O bildirib ki, iki dəqiqədən sonra səhnəyə çıxmalı idi:

“Hadisə ikinci zalda olub, bütün dostlarım narahatdırlar, zəng edirlər. Biz yaxşıyıq”.

Qeyd edək ki, “Crocus City Hall”un konsert zalında silahlı insident olub. Baş verən atışma nəticəsində 12 nəfər qətlə yetirilib.

Konsert barədə tezliklə ictimaiyyətə məlumat veriləcək. Hazırda “Vegas Hall”da insanlar təxliyyə edilir. 

Həmin görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.21259713172913