“Valideynlərim mənə heç vaxt “oxu” deməyib” - VİDEO

 22-03-2024

“Valideynlərim mənə heç vaxt “oxu” deməyib”.

Ölkə.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu magistraturaya qəbul imtahanlarında ölkə birincisi olan Aytac Əsgərova bildirib.

Belə ki, o, dünyanın TOP 100 universitetlərindən sayılan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

“Heç vaxt valideynlərim mənə “oxu” deməyiblər. Çünki, uşaqlıqdan həmişə çalışqan şagird olmuşam”, - A.Əsgərova deyib.

O, elə  məktəb illərində də bir sıra nailiyyətlər  qazanıb. Fizika fənni üzrə keçirilən olimpiadanın qalibi olub.

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi olan Aytac bildirib ki, xaricdə təhsil üzrə dövlət proqramı ilə Böyük Britaniyada təhsil almağı planlayır, sonra isə qayıdıb Azərbaycanda öz sahəsi üzrə fəaliyyət göstərmək istəyir.

Daha ətraflı videomaterialda:

Bənzər yazılar

0.057492017745972