300 rus əsgəri döyüşməkdən imtina edərək Rusiyaya qayıdıb - Rusiyanın 15 300 hərbçisi zərərsizləşdirilib

 22-03-2022

Ukraynanın Sumı vilayətinı daxil olan 300-ə yaxın Rusiya əsgəri döyüşməkdən imtina edərək texnikası ilə birlikdə ərazini tərk edib.

MillətinSəsi.info UNİANa istinadla bildirirt ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, Sumı vilayətinin Axtırski rayonunda Rusiya hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın işğalçı döyüş əməliyyatlarının aparılması əmrinə tabe olmaqdan imtina edib və 70 texnika ilə əməliyyat zonasını tərk edib.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı Rusiya Silahlı Qüvvələrinin Ukraynada verdiyi itkilərin yeni siyahısı açıqlayıb.

İtkilərin bu şəkildə olduğu bildirilir:

509 tank
1 556 zirehli döyüş maşını
252 artilleriya sistemi
80 hava hücumundan müdafiə sistemi
45 zenit-raket kompleksi
99 təyyarə
123 helikopter
1000 avtomobil texnikası
3 ədəd gəmi/kater
70 yanacaq çəni
35 PUA
15 xüsusi avadanlıq.
3 gəmi

Bildirilir ki, Rusiya tərəfi təxminən 15 300 nəfər insan itkisi verib.

Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 27-ci günüdür.

Bənzər yazılar

0.23827815055847