İrəvan Moskvanı xəbərdar etdi - Nazir açıq danışdı

 07-03-2024

İrəvan Zvartnots hava limanındakı rus sərhədçilərini çıxarılmaq planları barədə Moskvanı xəbərdar edib.

Ölkə.Az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın mövqeyini açıqlayarkən məlumat verib.  

Nazirin sözlərinə görə, ilkin olaraq bir sıra məntəqələrdə, o cümlədən Zvartnots hava limanında rus sərhədçilərinin iştirakı müstəqil Ermənistana ehtiyac olduğu müddətcə onların iştirak edəcəyi planlaşdırılırdı. 

“İndi biz hesab edirik ki, Ermənistan institusional olaraq, Rusiya tərəfinin məlumatlandırıldığı aeroportun özündə sərhəd xidmətini həyata keçirə bilir. İnanıram ki, bu, Rusiya tərəfi üçün kifayət edəcək və məsələ həll olunacaq”, - Mirzoyan qeyd edib.

O əlavə edib ki, artıq Ermənistan tərəfi hava limanında Rusiya sərhədçilərinin sərhəd xidmətinə ehtiyac görmür.

Rusiya sərhədçilərinin başqa yerlərdə, məsələn, Türkiyə sərhədində olub-olmaması ilə bağlı suala nazir deyib ki, hazırda söhbət ancaq hava limanından gedir. 

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.21192908287048