Macarıstan parlamenti prezidenti istefaya göndərdi

 27-02-2024
Macarıstan parlamenti yaz sessiyasının ilk iclasında ölkə prezidenti Katalin Novakın istefasını yekdilliklə qəbul edib.
 
“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkə parlamentin saytında məlumat verilib.
 
Bildirilib ki, iclasda iştirak edənlərin hamısı - 196 deputat istefanın təsdiqinə səs verib.
Ətraflı
Ads by
2
Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.
 
Novak bu ilin fevralında prezidentlikdən istefa verdiyini açıqlamışdı. Onun sözlərinə görə, 2023-cü ilin aprelində pedofiliya ilə məşğul olan şəxsi əfv edərkən bağışlanmaz səhv edib.
 
Onun yerinə parlamentdə üçdə iki səs çoxluğuna malik olan hakim partiyalar Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şujokun namizədliyini irəli sürüb. Bazar ertəsi gün ərzində onun namizədliyi ilə bağlı səsvermə keçiriləcək.
 
Qeyd edək ki, Macarıstan prezidenti parlament tərəfindən beş il müddətinə seçilir.

Bənzər yazılar

0.18075180053711