Hegemonluq dövrümüz bitib - Avropadan etiraf

 26-02-2024

Qərbin qlobal hegemonluq dövrü Ukraynada müharibənin başlaması və Qəzza zolağında münaqişə ilə başa çatıb. 

Ölkə.Az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Jozef Borrell ispan mediasına deyib.

“Mövcud geosiyasi gərginlik Qərblə dünyanın qalan hissəsi arasında qarşıdurmaya doğru təkamül etməkdə davam edərsə, Avropa öz təhlükəsizliyinə təhdidlər baxımından qaranlıq gələcəklə üzləşir. Qərbin üstünlüyü dövrü nəhayət başa çatıb. Biz bunu nəzəri cəhətdən başa düşürük, bu yeni reallıqdan heç də həmişə əməli nəticə çıxarmırıq”, - o  qeyd edib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.22991013526917