Nazir: "Hərbi-sənaye istehsalı və ixracı artırılacaq"

 25-02-2024

Hindistan hakimiyyəti növbəti beş il ərzində ölkənin hərbi-sənaye kompleksinin ümumi istehsalının və ixracının üç dəfə artacağını gözləyir.

"Ölkə.az" xəbər verir ki, bu barədə Hindistanın müdafiə naziri Racanath Sinqh bildirib.

Sinqhin sözlərinə görə, 2022-2023-cü maliyyə ilində (1 apreldən hesablanır) Hindistanın hərbi-sənaye kompleksi istehsalının həcmi ölkə tarixində ilk dəfə olaraq 12 milyard dollardan çox olub.

O xatırladıb ki, növbəti maliyyə ilinin büdcəsində bir il əvvəlki 71,5 milyard dollarla müqayisədə xərclərin 74,8 milyard dollara qədər artırılması nəzərdə tutulur. Büdcədən ən böyük payı isə Müdafiə Nazirliyi alıb.

Bənzər yazılar

0.17027497291565