İraqın şimalında PKK-nın 4 terrorçusu zərərsizləşdirilib

 25-02-2024

İraqın şimalındakı Qara bölgəsində Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatı nəticəsində PKK-nın dörd terrorçusu zərərsizləşdirilib.

“Ölkə.az” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

“Terrorla mübarizəmiz effektiv və qətiyyətlə davam edir. İraqın şimalındakı Qara bölgəsində PKK-nın dörd terrorçusu təsbit edilərək hava əməliyyatı ilə zərərsizləşdirilib. Əməliyyatlarımız ləngimədən davam edəcək”, – hərbi qurumun açıqlamasında qeyd olunub.

Bənzər yazılar

0.18988394737244