İsrail bu məqsədlə Parisə nümayəndələrini göndərəcək

 23-02-2024

İsrailin yüksək səviyyəli nazirlərinin daxil olduğu məhdud hərbi kabinet, Qəzzada saxlanılan girovların azad edilməsi üçün HƏMAS hərəkatı ilə razılaşmaya dair ABŞ, Qətər və Misir nümayəndələri ilə məsləhətləşmələr aparmaq üçün fevralın 23-də nümayəndə heyətini Parisə göndərmək qərarına gəlib.

“Ölkə.az” xəbər verir ki, bu barədə Kan radiosu məlumat yayıb.

Bildirilib ki, bu qərar bütün İsrail hökuməti tərəfindən təsdiq edilməlidir. Radiostansiyanın məlumatına görə, İsrail nümayəndə heyətinə ölkənin Mossad kəşfiyyat xidmətinin direktoru David Barnea başçılıq edəcək.

Bənzər yazılar

0.20721411705017