Batan gəminin son görüntülərini çəkən Hüseynin meyiti tapıldı

 20-02-2024

Türkiyənin Mərmərə dənizində İmralı adasının cənub-qərbində batmış “Batuhan A” adlı yük gəmisinin qalıqları içərisində daha bir nəfərin meyiti tapılıb.

"Ölkə.az" xəbər verir ki, 6-cı gündə aparılan axtarışlarda tapılan ikinci meyitin gəmi batmazdan əvvəl çəkdiyi videonu həyat yoldaşına göndərən Hüseyn Tutuka aid olduğu müəyyən edilib.

İtkin düşən digər 4 nəfərin axtarışlarının davam etdiyi bildirilir.

Bənzər yazılar

0.18198084831238