Qızları pedofil atanın tapılmasına kömək etdilər

 20-02-2024

ABŞ-ın Florida ştatında iki qız iki uşağı zorlamaqda ittiham olunan atalarının izinə düşərək həbs olunmasına kömək ediblər.

Floridadan olan 51 yaşlı Davy Albarran uşaqları zorlamaqda ittiham olunub. Amerikalı polisdən qaça bilsə də, qızları cinayətkar atanı tapmağa kömək ediblər.

Qızlar televiziyaya çıxıblar və məşhur şouda atalarının cinayətləri haqqında məlumat veriblər. Sonra onun axtarışı haqqında məlumatı sosial şəbəkələrdə yerləşdirərək, qaçağı görən amerikalıları polislə əlaqə saxlamağa çağırıblar.

Demək olar ki, bir il yarım sonra polis cinayətkarı tapıb saxlamağa müvəffəq olub. Onun Lakeland ətrafında bir anbarda gizləndiyi üzə çıxıb. Həmin şəxs həbs edilib və azyaşlıların cinsi toxunulmazlığına qarşı cinayətlər törətməkdə ittiham olunub.(Lent.az)

Bənzər yazılar

0.19395518302917