Ukrayna hərbçiləri İzyum yaxınlığında Rusiya Federasiyasının Qərb Hərbi Dairəsinin mühəndis qoşunlarının rəis müavinini məhv edib.
MillətinSəsi.info xəbər verir ki, bu barədə Xarkov vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Oleq Siniqubov məlumat verib.
Onun sözlərinə görə, İzyum istiqamətində düşmən Ukrayna Silahlı Qüvvələrinin qoşunlarının müdafiəsini yarmağa cəhd etsə də, nəticəsi olmayıb.
Bundan əlavə, İzyum yaxınlığında Ukrayna hərbçiləri Rusiya Federasiyasının Qərb Hərbi Dairəsinin mühəndis qoşunlarının rəis müavini, polkovniki məhv ediblər. “İşğalçılar həmin gün Saltovka, Tsirkunı, XTZ, Derqaçi ərazilərinə MLRS-dən 38 artilleriya və minaatan zərbələri endiriblər. Ukrayna Silahlı Qüvvələri sayəsində rusların Xarkov səmasında mövcudluğu xeyli azalıb”, - o yazıb.