Xankəndidə silah-sursat tapılıb

 03-02-2024

Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb.

Bu barədə "Ölkə.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 3 qumbara, 4 ədəd müxtəlif markalı tüfəng, 25 ədəd patron darağı, 23 ədəd mərmi, 1215 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bənzər yazılar

0.20980882644653