Vəzifəsindən ayrılan Tağı Əhmədovun yerinə TƏYİNAT - YENİLƏNİB

 02-02-2024

Azərbaycan Memarlıq və İnşaat Universiteti Tağı Əhmədovun həmin təhsil müəssisəsindəki vəzifəsindən ayrılması məsələsinə aydınlıq gətirib. 

Bu barədə “Qafqazinfo”ya universitetin mətbuat katibi Nicat Abdullayev məlumat verib. 

Onun sözlərinə görə, T.Əhmədov səhhətində olan problem səbəbindən ötən ilin dekabrında işdən çıxıb: 

“Tağı Əhmədovun səhhətində problem var idi və işlə aktiv şəkildə məşğul ola bilmirdi. Ona görə də öz ərizəsi ilə işdən ayrıldı. Onun yerinə professor Qasım Abdullayev seçildi”.

***

Azərbaycan Memarlıq və İnşaat Universitetində kadr dəyişikliyi olub.

Ölkə.az Unikal-a istinadla xəbər verir ki, universitetin Nəqliyyat və logistika kafedrasının müdiri Tağı Əhmədov işindən ayrılıb.

Qeyd edək ki, Tağı Əhmədov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkir.

Bənzər yazılar

0.1999180316925