Kriminal aləmin “Qara Rahilə” si həbsxanada öldü

 19-03-2022

Bakıda həbsxanada tanınmış qadın məhkum ölüb.

MillətinSəsi.info Lent.az-a istinadən məlumat verir ki, hadisə Penitensiar xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.

Orada cəza çəkən Rahilə Rüstəm qızı İsmayılova ölüb. Onun ölüm səbəbi hələlik açıqlanmır. 

Qeyd edək ki, R. İsmayılova kriminal aləmdə “Qara Rahilə” kimi tanınıb. O, 2012-ci ildə narkotik ittihamı ilə həbs edilib.

Araşdırma zamanı onun çoxsaylı oğurluq və cibgirlik cinayətlərinin üstü açılıb.

“Qara Rahilə” 5 dəfə məhkumluq həyatı yaşayıb.

 
 

Bənzər yazılar

0.54948496818542