Bayram süfrəsi neçəyə başa gəlir?

 19-03-2022

Sabah bütün şərq xalqları, eləcə də, azərbaycanlılar Novruz Bayramını qeyd edəcəklər. Mədəniyyətimizin və tariximizin ayrılmaz parçası olan Novruz Bayramı ta qədimdan indiyə kimi el arasında böyük coşqu ilə qeyd olunub. Bu bayram ərəfəsində kasıb və ya varlı olmasından asılı olmaraq hər kəs bayram süfrəsinin bol olması üçün bazarlara üz tutur.

Yeniavaz.com olaraq bazar və marketlərdəki mövcud qiymətlərə istinadən 4 nəfərlik ailənin bayram süfrəsi üçün xərcləyəcəyi vəsaiti hesablamağa çalışdıq. Bayram süfrəsinin əsas komponentlərindən olan paxlavanın 1 porsiyasının hazırlanması üçün lazım olan ərzaq və ədviyyatlara minimum 12,5 manat lazımdır:

Bir porsiya PAXLAVAnın xərci

Ərzaq və

ədviyyatlar

Miqdarı

Qiyməti

1 kq-ın Qiyməti

Un

250 qr

50 qəp.

2 azn

Yağ

60 qr

1 azn

18 azn

Süd

80 m.litr

18 qəp.

2,2 azn

Yumurta

1 ədəd

20 qəp.

-

Xəmir mayası

8 qr

10 qəp.

12 azn

Qoz ləpəsi

200 qr

3,2 azn

16 azn

Şəkər tozu

200 qr

32 qəp

1,6 azn

Zəfəran

0,4 qr

2,8 azn

1 qr-7 azn

Vanilin

2 qr

5 qəp

-

Bal

20 m.litr

50 qəp

25 azn

Fındıq ləpəsi

200 qr

3,6 azn

18 azn

Cəmi:

 

12,45 azn

 


30 ədəd şəkərburanın hazırlanması üçün isə 23,7 manat lazımdır:

30 ədəd ŞƏKƏRBURAnın xərci

Ərzaq və

ədviyyatlar

Miqdarı

Qiyməti

1 kq-ın Qiyməti

Un

900 qr

1,8 azn

2 azn

Yağ

300 qr

5,4 azn

18 azn

Süd

150 m.litr

33 qəp.

2,2 azn

Yumurta

4 ədəd

80 qəp.

-

Xəmir mayası

8 qr

10 qəp.

12 azn

Şəkər tozu

700 qr

1,12 azn

1,6 azn

Duz

2 qr

2 qəp

1 azn

Xama

250 qr

1,5 azn

6 azn

Fındıq ləpəsi

700 qr

12,6 azn

18 azn

Cəmi:

 

23,67 azn

 


Bunlardan başqa 18 ədəd qoğalın (150 qram zeytun yağı, 150 ml süd, 2 ədəd yumurta, 1 paket maya, 700 qram un, 2 qaşıq kərə yağı, 200 qram qoz, 200 qram şəkər tozu, sarıkök, xəmir mayası, xaş-xaş, hil) bişirilməsi üçün 12 manat xərcləmək lazımdır.

Bayram nemətlərindən olan çərəzlər (fındıq, qoz, badam, püstə, iydə, innab, xurma qurusu, kişmiş və sair) ailənin daha 30 manat xərcləməsini tələb edir. Alma, armud, banan, mandarin, heyva və apelsindən ibarət meyvələr 25 manata, içkilər (alkoqolsuz) 12 manata başa gəlir. Novruz süfrəsinin daha bir dəyişməz komponenti olan plovun stola gəlməsi üçün orta statistik Azərbaycan ailəsi ən azı 50 manat vəsait sərf etməlidir.

Bütün bunları nəzərə alaraq belə bir qənayətə gəldik ki, evə bayram bazarlığı etmək üçün yarmarkalara, marketlərə gedəcək vətəndaşlar yuxarıda adlarını sadaladığımız meyvə və çərəzləri, eyni zamanda bayram şiriniyyatları üçün ərzaq məhsulları alacaqlarsa özləri ilə azı 165 manat pul götürməlidirlər. Kimsə plovdan əlavə də yemək hazırlamaq istəyəcəksə, bu zaman xərclər daha da yüksələcək. 

Bənzər yazılar

0.14527797698975