Məşhur futbolçu vəfat edib

 06-01-2024

Futbol üzrə dörd dəfə dünya çempionu olan Braziliya millisinin hücumçusu və onun məşqçisi olmuş sabiq futbolçu Mario Zaqallo 92 yaşında vəfat edib. 

Ölkə.Az xəbər verir ki, bir çox futbol mütəxəssisləri tərəfindən futbol tarixinin ən yaxşısı hesab edilən Zaqallo 1970 komandasına qələbə qazandırıb. 

Bu barədə  futbolçunun İnstaqram səhifəsində məlumat verilib. Ölüm səbəbi göstərilmir.

Mario Zaqallo futbolçu kimi 1958 və 1962-ci illərdə dünya çempionu olub. 1970-ci ildə yığmanın baş məşqçisi kimi turnirin qalibi olub. 

Onun komandasında Pele, Jairzinyo, Roberto Rivelino və Tostao kimi futbolçular olub. 

Zaqallo futbol tarixində həm oyunçu, həm də məşqçi kimi Dünya Kubokunu qazanan ilk şəxs olub. 1998-ci ildə Zaqallo yenidən milli komandaya rəhbərlik edib. Komandası finala çıxsa da, Fransaya məğlub olub.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.17704892158508