Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş xüsusi poçt markası buraxılıb.
APA xəbər verir ki, poçt markasının təqdimatı Şuşada olub.
Qeyd edək ki, təqdimat Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda təşkil edilib.
Bu gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva və BMT-nin Azərbaycandakı agentlik rəhbərləri “Xankəndi” adlı təyyarə ilə Füzuli hava limanına, oradan da Şuşaya gediblər.