Prezidentin köməkçisi: “Azərbaycan qlobal təhlükəsizlik və yardım missiyasına töhfə verir”

 18-03-2022

“Azərbaycan 1990-cı illərin əvvəllərində BMT-yə üzv olanda təhlükəsizlik və humanitar yardıma ehtiyacı var idi”.

MillətinSəsi.info-nun məlumatına əsasən, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.

“30 ildən sonra isə Azərbaycan qlobal təhlükəsizlik və yardım missiyasına töhfə verir. Şuşa Azərbaycanın Vətən müharibəsində qələbəsi nəticəsində azad edilib və ölkənin mədəni paytaxtıdır. Bizim üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən bugünkü tədbir BMT ilə gələcək əməkdaşlığımızın prioritet istiqamətlərini müəyyən etməyə imkan verəcək. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına sadiq olmaq və bu istiqamətdə çalışmaq Azərbaycan üçün vacibdir”, - o deyib.

Bənzər yazılar

0.21130108833313