Hövsan “MS OİL”da müştərini döyən operatora hökm oxundu

 13-12-2023

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MS OİL” yanacaqdoldurma məntəqəsində müştərini döyən operatora hökm oxunub.

Qaynarinfo.az-ın məlumatına görə, hadisə 5 avqust 2022-ci il tarixdə, saat 13:00 radələrində baş versə də, açılan cinayət işi ilə bağlı prosess bir ildən çox davam edib.

1995-ci ildə Bakı şəhərində anadan olmuş Vüsal Alıyev (ad-soyad şərti) 1 noyabrdan 3 noyabr tarixədək şübhəli şəxs qismində tutulub, 3 noyabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib. Sözügedən cinayət işi ilə bağlı Suraxanı Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarı ilə Vüsal barəsində axtarış elan edilib. 15 oktyabr 2023-cü il tarixdə saxlanlıraq barəsində həbs qərarı verilib.

Hadisə “Passat” markalı avtomobilin Sərdar adlı sürücüsününü Vüsala yanacaqdoldurma məntəqəsinə birinci gəldiyini, hansı səbəbdən digərlərindən sonra ona xidmət göstərdiyi barədə irad bildirməsinə görə baş verib. Bundan sonra guya Sərdar onun və valideyninin ünvanına nalayiq sözlər işlədib.

Müştərinin iradından qəzəblənən Vüsal Sərdara əli və ayağı ilə zərbələr vuraraq, bədən xəsarəti yetirməklə xuliqanlıq hərəkətləri edib. Sərdar ondan şikayətçi olduğunu bildirib.

Məhkəminin qərar ilə Vüsal hadisəyə görə 1 noyabrdan 3 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddəti və 15 oktyabr 2023-cü il tarixdən hökm elan olunduğu tarixədək həbsdə saxlanıldığı 1 ay 12 gün müddət çıxılmaqla 9 ay 2 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Bənzər yazılar

0.2209849357605