Bahalaşan və ucuzlaşan ərzaq məhsulları - SİYAHI

 11-12-2023

Bu ilin noyabr ayında Azərbaycanda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,6%, 2022-ci ilin noyabr ayına nisbətən 101,5% təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər veririk.

Məlumata əsasən, ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma çörəyin, qarabaşaq və manna yarmasının, mal, qoyun və toyuq ətinin, təzə balığın, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, yerkökünün, çuğundurun, soğanın, kartofun, şəkər tozunun, artım isə əsasən pasterizə olunmamış üzlü südün, yoqurtun, yumurtanın, zeytun yağının, bananın, üzümün, xiyarın, pomidorun, sarımsağın, şəkərin, qəhvənin, meyvə şirəsinin qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

Bənzər yazılar

0.31807398796082