Fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçiriləcək – Gələn il seçkilərə bu qədər vəsait XƏRCLƏNƏCƏK

 07-12-2023

Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

"Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir", - sərəncamda deyilir.

Onu da qeyd edək ki, 2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 110,9 milyon manatı və yaxud 0,3 %-i seçkilərin keçirilməsi və statistika tədbirləri xərclərinin payına düşəcək.

Modern.az xəbər ki, bu barədə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Qanununda bildirilib.

Seçkilərin keçirilməsi və statistika tədbirləri xərcləri ümumi dövlət xidməti xərclərinin 2,3 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 milyon manat, kəsiri 2 milyard 590 milyon manat, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri 3 milyard 379 milyon manat məbləğlərində müəyyən edilib.

 

Bənzər yazılar

0.19253015518188