Məşhur Britaniya şirkəti Azərbaycanı TƏRK EDİB

 20-07-2022

Böyük Britaniyanın məşhur memarlıq və layihələndirmə şirkəti olan “Broadway Malyan”ın Azərbaycandakı törəmə şirkətini bağlayır.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Broadvey Malyan Azərbaycan" MMC (VÖEN- 1302636051 ) ləğv olunduğunu elan edib.

Elanda qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, Azure Business Centre, ev 15, mənzil 140 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Broadvey Malyan Azərbaycan" MMC 08.09.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 dollar olan MMC-nin qanuni təmsilçisi İan Apsleydir.

Onu da bildirək ki, “Broadway Malyan” bügünə kimi  Azərbaycanda “Milli Gimnastika Arenası”, "Fəvvarələr Meydanı" Avtoparkı, "Port Baku Residence" və "28 May" Ticarət Mərkəzi kimi obyektlərin layihələndirilməsini həyata keçirib.

Bənzər yazılar

0.14499998092651