Gədəbəy İcra Hakimiyyətinin binasında baş vermiş yanğın söndürülüb

 27-11-2023

Gədəbəy rayon İcra Hakimiyyətinin binasında yanğın olub.

Apa.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Yanğın binanın 2-ci mərtəbəsində qeydə alınıb. İlkin məlumata görə, zalda olan kompüter və bir neçə əşya yanıb. Əraziyə 3 yanğınsöndürən maşın cəlb olunub. 

Sonra Gədəbəy rayon İcra Hakimiyyətinin binasında yanğın söndürülüb.

Yanğın əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb, digər otaqlar yanğından mühafizə olunub.

Yanğın zamanı 1 kompüter masası, 1 kompüter və zalın 2 kvadratmetr tavan hissəsi yanıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

 

Bənzər yazılar

0.17198395729065