Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək.
Bu barədə Prezident İlham Əliyev Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanıkla bugünkü görüşü zamanı bildirib.
Prezident İlham Əliyev Türkiyə Prezidentinin Zəngilan Hava Limanının açılışında iştirak edəcəyini qeyd edib.
Xatırladaq ki, daha əvvəl Zəngilan Beynəlxalq Hava Limanının tikintisinin bu ilin sentyabr ayında başa çatacağı açıqlanmışdı.