Azərbaycanda yeni təcili yardım binası tikiləcək

 25-11-2023

Naxçıvan Muxtar Respublikasının Təcili Tibbi Yardım Xidməti publik hüquqi şəxsi üçün yeni inzibati inşa olunacaq.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bina Naxçıvan şəhərində yerləşəcək.

Təcili Tibbi Yardım Xidmətinin konsept layihəsi bir mərtəbəsi zirzəmi və iki torpaq üstü mərtəbəsi olmaqla 3 mərtəbədən ibarətdir. Binanin oturduğu sahə 2885 m2-dir. Ümumi layihələndirilən sahə 8562 m2-dir.

Artıq inşa olunacaq yeni bina üçün layihə-smeta sənədlərinin hazırlanması barədə tapşırıqlar verilib.

Qeyd edək ki, Naxçıvanda Təcili Tibbi Yardım Xidməti publik hüquqi şəxsi bu il yaradılıb. Qurum Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzinin bazasında formalaşdırılıb.

 

Bənzər yazılar

0.21165680885315