Qəzaya düşən turistlərin vəziyyəti açıqlandı

 24-11-2023

Xəbər verdiyimiz kimi, ötən gecə İsmayıllı rayonunda turistləri daşıyan mikroavtobus aşıb.

TƏBİB-dən bildirilib ki, qəza ilə əlaqədar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına 6 nəfər (cinsləri kişi olmaqla) yerləşdirilib. Onlardan 1-i Azərbaycan, digərləri Hindistan vətəndaşlarıdır:

“Pasiyentlərdən birinin müayinə və müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağırdır. Digərlərinin isə müalicəsi Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir”.

Qeyd edək ki, turistlər “Mercedes Vito” markalı avtomobillə Qəbələdən Bakıya qayıdarkən İsmayıllının Tircan kəndi ərazisində qəzaya düşüblər.

 

Bənzər yazılar

0.21773910522461