“Araz” və digər supermarketlərdə satılan keyfiyyətsiz kolbasa və sosiska məhsulları ölkəyə Rusiyadan gətirilir?

 21-11-2023

Azərbaycan bazarında Rusiyada istehsal olunan “Çariçino” kolbasa və sosislərinin geniş çeşidi satılır. Doğrudanmı bu keyfiyyətsiz və insan orqanizmi üçün çox zərərli olan kolbasalar Russiyada istehsal olunur?..

“Xaricdən gətirilən mallar Qida Təhlükəsizliyi Agentliyinin icazəsi olmadan bazara daxil ola bilməz” “Görünür Rusiyadan gətirilən bu malların sahibləri böyük dükanlara daha çox pul verirr”. Bu sözləri Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bazarlarda Rusiyada istehsal olunan “Çariçino” keyfiyyətsiz kolbasa və sosislərinin geniş çeşidlə satılmasını Poliqon-a şərh edərkən qeyd edib. Azərbaycan bazarında Rusiyada istehsal olunan “Çariçino” kolbasa və sosislərinin geniş çeşidi satılır. Qeyd edək ki, Azərbaycanda bu kolbasa və sislərin böyük əksəriyyəti endirim qiymətlərlə satılır.

“Çariçıno” kolbasalarının böyük çeşidlərinin satıldığı əsas pərakəndə satış obyektlərindən biri isə məhz “Araz” supermarketləridir. Bu ticarət obyektində satılan “Çariçıno” sosislərinin böyük əksəriyyəti qaynadılırkən dağılır və sosialərdən neft qoxusu gəlir. Buna baxmayaraq bu sosislər “Araz” supermarketlərdə satılmaqda davam edir.

 qus etid

Maraq doğuran sual isə bundan ibarətdir ki, doğrudanmı bu sosislər ölkəyə məhz Moskvadan ixrac olunur? Əgər bu məhsul qida paketinin üstündə göstərildiyi kimi, ölkəmizə Moskvadan istahsal olunursa, o zaman Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi bu keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükə yaradan məhsulu ölkəyə necə və niyə buraxır və bu məhsullar ölkənin aparıcı pərakəndə satış məntəqələrində necə satışa buraxılır?

Digər tərəfdən, əgər bu məhsullar ölkəmizə Rusiyadan ixrac olunumursa, onda bu məhsullar qeyri qanuni olaraq ölkəmizdə istehsal olunur və faktiki olaraq həm istehlakçı aldadılır, həm də Rusiya şirkətinin məhsulları ölkəmizdə qeyri-qanuni olaraq satışa çıxarılır ki, bu da qanuni məsuliyyət yaradır. Hər iki halda bu kimi məhsulların “Araz”, “Bazarsore” və “Bravo” kimi hipermarketlərdə necə satışa çıxarılır?

Əhalini keyfiyyətsiz mallarla aldadan böyük supermarketlərdə baş verənləri Poliqon-un əməkdaşı Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov ilə müzakirə edib.

Eyyub Hüseynov: “Rusiya, Belarusiya və digər xarici ölkələrdən gətirilən ət məhsulları barədə istehlakçıların biliyi azdır”

“Araz”, “Bazarsore” və “Bravo” kimi hipermarketlərdə bu cür malların satılmasının davam etdiyini bildirən Eyyub Hüseynov Poliqon-a açıqlamasında vurğulayıb ki, böyük dükanlar şəbəkəsinə kim çox pul verirsə, onların da malalrı satışa çıxarılır. Görünür Rusiyadan gətirilən bu malların sahibləri daha çox pul verir:

qus eti

“Qeyd edim ki, Qida Təhlükəsizliyi Agentliyinin icazəsi olmadan heç bir ərzaq malı ölkənin əmtəə bazarına daxil ola bilməz. Xüsusən də, xaricdən gətirilən mallar Qida Təhlükəsizliyi Agentliyinin icazəsi olmadan bazara daxil ola bilməz. Ümumiyyətlə, Rusiya, Belarusiya və digər xarici ölkələrdən gətirilən ət məhsulları barədə istehlakçıların biliyi azdır. Onlar elə hesab edirlər ki, başqa ölkələrdən gətirilən bu cür ət məhsulları daha keyfiyyətlidir. Bu da səhv fikirdir

Təəssüflər olsun ki, marketlərdə də xaricdən gətirilən ət məhsullarına geniş yer verirlər. Bəzən istehlakçılar malın yaxşı markalanmasına, etiketinin yaxşı olmasına, iyinin yaxşı gəlməsinə aldanırlar. Əslində əhali bilməlidir ki, uzaq ölkədən gətirilən mallar, o cümlədən ət məhsulları heç də yerli qanuni istehsal olunan, standartlara uyğun olan məhsullardan üstün deyil. Eyni zamanda istehlakçılar həmin məhsulun buraxılma tarixinə və yararlılıq müddətinə baxmalıdır və bu müddətinin nə qədər uzun olmasına fikir verməlidirlər. Hansı malda vaxt məsafəsi çoxdursa, o mal kimyalaşmış maldır.

Biz Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinə diqqət yetirsək, görəcəyik ki, onlar qidanın təhlükəsizliyini təmin edir, ortalıqda keyfiyyət məsələsi yoxdur. Ümumiyyətlə, keyfiyyət məsələsi masanın üstündə qalıb, ona heç kəs yaxın durmur. Bu məsələ ölkədə həll olunmamış bir vəziyyətdə qalıb. Buna görə də, biz təklif edirik ki, Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində dəyişiklik olsun, onlar keyfiyyət məsələsinə də nəzər etsinlər.

Eyyub Hüseynov: “Əslində bazarda anormal vəziyyət, haqsız rəqabət mühiti hökm sürür. İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və Bazara nəzarət dövlət xidməti də bunlara əhəmiyyət vermir”

Bəli, ölkə bazarında Rusiyadan idxal olunan bu kimi arzuolunmaz mallar var. Bu qidalar təhlükəli deyil, yəni yeyəndən sonra insanı zəhərləməz. Lakin keyfiyyətsizdir. Ola bilsin ki, mal həm təhlükəsiz, həm də keyfiyyətsiz olsun. Bazara bu cür malların gəlməsi Azərbaycan hökumətinin səhv istehlakçı siyasətinin nəticəsidir. Guya ölkədə azad bazar iqtisadiyyatı inkişaf edir. Kim nə istəsə gətirib sata bilər və sair. Amma istehlakçı hüququ və istehlakçı sağlamlığı məsələsi tam arxa planda qalıb. Buna görə də, Azərbaycan istehlakçıları apteklərdə növbəyə duran, aptek şəbəkəsi başqa ölkələrdən 20 dəfə artıq olan, həkimlərdə növbədə olan istehlakçılardır. Həmçinin ürək-damar xəstəliklərində dünyada birinci yerdə istehlakçılardır.

Ümumdünya Səhiyyə Təşkilatının siyasında uzunömürlülüyə görə 190 ölkə arasında 119-cu yerdə, yəni 119 ölkədən geri qalan istehlakçılardır. Üçüncü dünya ölkələri, inkişaf etməmiş ölkələr - Banqladeş, Şirlanka və s. uzunömürlülüyə görə Azərbaycandan irəlidədirlər. Bunların hamısı onu göstərir ki, biz təhlükəsiz mal yesək də, həm də keyfiyyətsiz mal yeyirik. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələlərə nəzarət etmir. Bu işlərə cavabdeh Qida Təhlükəsizliyi Agentliyidir.

Eyyub Hüseynov: “Çox təəssüflər olsun ki, ölkədə normal, standartlara uyğun ət məhsulları istehsal edən şirkətlər olsa da, onlar birləşib öz bazalarını qorumaq üçün heç bir iş aparmırlar, hamısı susur”

Vətəndaşların narazılığı varsa, 1003 qaynar xəttinə, Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələrini tövsiyə edirəm. Çox təəssüflər olsun ki, ölkədə normal, standartlara uyğun ət məhsulları istehsal edən şirkətlər olsa da, onlar birləşib öz bazalarını qorumaq üçün heç bir iş aparmırlar, hamısı susur. Əslində bazarda anormal vəziyyət, haqsız rəqabət mühiti hökm sürür. İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və Bazara nəzarət dövlət xidməti də bunlara əhəmiyyət vermir. Çünki ölkədə istehlakçı siyasəti yox dərəcəsindədir.

Baxmayaraq ki, qanun 1995-ci ildə qəbul olunub, ondan sonra qanunda dəyişiklik aparmaq, onu gücləndirmək lazımdır, lakin getdikcə qanun zəifləndirilib. Belə bir vəziyyətdə əlbəttə, “Araz”, “Bazarsore” və “Bravo” kimi hipermarketlərdə bu cür malların satılması davam edir. Ümumiyyətlə, böyük dükanlar şəbəkəsinə kim çox pul verirsə, onların da malalrı satışa çıxarılır. Görünür Rusiyadan gətirilən bu malların sahibləri daha çox pul verir. Buna görə də, onların mallarının daha çox çeşidləri supermaketlərdə satılır”. / Pravda.az

Bənzər yazılar

0.059623956680298