Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilib

 17-03-2022

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

MillətinSəsi.info "report"a istinadla xəbər verir ki, MSK sədri Məzahir Pənahovun rəhbərliyi ilə keçirilən toplantının gündəliyinə 6 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1.MSK-nın 3 sentyabr 2021-ci il tarixli iclas protokolunun təsdiq edilməsi;

2. VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi;

3. “Azərbaycan vətəndaşlarının qanunvercilik təşəbbüsü hüququnda istifadə etməsi qaydası haqqında” qanunda nəzərdə tutulan sənəd nümunəsinin təsdiq edilməsi;

4. MSK-nın normativ xarakterli aktına dair;

5. Bəzi DSK-ların tərkibində dəyişiklik edilməsi;

6. Cari məsələlər.

İclasda VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələ müzakirə edilib və onun deputat səlahiyyətlərinə xitam verilib.

Qeyd edək ki, bu il martın 3-də Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum edilir.

Seçki Məcəlləsinin 176.2-ci maddəsinə əsasən, belə hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir.

Qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.

Bənzər yazılar

0.24083089828491