Azərbaycanlı məcburi köçkünlərə məhəl qoymayan USAID Qarabağı tərk edən ermənilərə milyonlar ayırır - VİDEO

 21-11-2023

USAID-in direktoru Samanta Pauer bu yaxınlarda Ermənistana səfəri zamanı Qarabağı tərk edən erməni nümayəndələrlə görüşüb.

Pauer “X” sosial şəbəkəsində onlar üçün əlavə 4 milyon dollar ayrılmasından danışıb.

Lakin xatırlatmaq yerinə düşər ki, Bakıda olarkən Samanta Pauer azərbaycanlı məcburi köçkünlərə məhəl qoymayıb, onların varlığı ilə maraqlanmayıb.

Ermənilər barədə “Biz onlara dəstək olmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik” deyən USAİD rəhbəri növbəti dəfə öz ermənipərəst mövqeyini nümayiş etdirmiş olub.

Xatırladaq ki, bədnam Ruben Vardanyanla yaxın dostluq münasibətində olan Samanta Pauer dəfələrlə onun tədbirlərində çıxış edib. Bundan əlavə, havadarlarının sifarişi ilə müxtəlif ölkələrdə “məxməri inqilablar” həyata keçirmək üçün müəllifi olduğu “Demokratiya doktrinası”nı hazırlayan işçi qrupun rəhbəri də ermənidir. Təsadüfi deyil ki, Ruben Vardanyan Qarabağda həbs edilərək Bakıya gətiriləndən sonra Samanta Pauer özü şəxsən Bakıya gəlib, danışıqlar aparıb.

Görünən odur ki, erməni lobbisi ABŞ-dakı ermənipərəst dairələri növbəti dəfə hərəkətə gətirib. Belə ki, Qarabağdan ermənilərin köçüb getməsi ilə İrəvan ABŞ-dan növbəti maliyyə axını gözləyir, köçən ermənilərə ayrılacaq yardımla Ermənistan büdcəsini doldurmaq istəyirlər. Pauer və digərlərinin bəyanatları da məhz bu sifarişə görə səsləndirilir.

Bənzər yazılar

0.18899512290955