Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin birinci müavini təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla DGK-nın sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası DGK sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.
Şahin Bağırov 1965-ci ildə anadan olub, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.
Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2014-cü ilin yanvar ayından Dövlət Gömrük Komitəsi sədrinin müavini olub. 2014-cü ilin fevral ayında prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib. 2018-ci ilin iyun ayında tutduğu vəzifədən azad olunub.