Bələdiyyə sədri külli miqdarda rüşvətdə ittiham olunur

 18-11-2023

Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri cinayət məsuliyyətinə cəlb olunub.

“Qafqazinfo”nun məlumatına görə, 62 yaşlı Rafiq Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda ittiham olunur.

R.Hacıyev vətəndaşlardan rüşvət alaraq kəndin örüş yerlərini satma və digər əməllərə görə mühakimə olunacaq.

Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.2 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, vəzifəsindən kənarlaşdırılmaqla  barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib. 

İş Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

 

Bənzər yazılar

0.21410298347473