BDU-nun 700 minlik tenderini vergi borcu olan ŞİRKƏT UDUB

 16-07-2022

Bakı Dövlət Universitetinin keçirdiyi tender müsabiqəsinin qalibi “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti (VÖEN - 2003319071) olub.

Yeniavaz.com xəbər verir ki, Universitet bir sıra mal-materialların və texniki ləvazimatların satın alınması xidmətinə görə QSC-yə 717 min 332 manat 90 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 2050 manat nizamnamə kapitalı olan “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin qanuni təmsilçisi Əbilov Elçin İslam oğludur. QSC 18 mart 2015-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, “Tikinti-Təmir-Təchizat-Bərpa” QSC-nin ötən günə olan məlumata görə dövlət büdcəsinə 1240 manat 66 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.

Bənzər yazılar

0.22928404808044