Azərbaycanda virtual xəstəxanalar yaradıla bilər

 16-11-2023

“Pandemiyadan sonra elektron səhiyyə sahəsi daha çox inkişaf edib”.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini Nabil Seyidov Səhiyyə Menecmenti Zirvəsində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda özəl-dövlət tərəfdaşlığı çox bəsit formada həyata keçirilir: "Avropa və Amerikada tətbiq olunan PPP (Public Private Partnership) modellərinin cəmi 1-2 faizi ölkəmizdə müəyyən mənada tətbiq olunur. Dayanıqlı inkişafı təmin etmək üçün dövlətlər bütün imkanlarını səfərbər etməyə məcburdurlar. Bu, vətəndaşlar qarşısında öhdəlik olmaqla yanaşı, həm də beynəlxalq səviyyədə qəbul olunan öhdəliklərin yerinə yetirilməsidir. Bu gün 7.2 milyon səhiyyə və tibb işçisinə ehtiyac var. Bura Azərbaycan da daxildir".

Gələcəkdə daha çox tələbat olacaq səhiyyə sahələrini açıqlayan N.Seyidov hesab edir ki, artıq genomika olunmuş, yəni fərdiləşdirilmiş təbabət artıq qapıdadır: "Belə ki, bəzi xəstəliklərin müalicəsində bu yanaşma tətbiq olunur. Digər tərəfdən, ahıl insanların sayı artır və buna görə də ahıl insanlara göstərilən səyyar xidmətlərin qurulması böyük əhəmiyyətə malikdir. Bundan başqa, səhiyyə sahəsində rəqəmsallaşma və virtual xəstəxanaların olması qaçılmazdır. Həmçinin ilkin səhiyyə xidmətlərinin inkişafı və profilaktikası üzrə ölkədə ciddi işlər həyata keçirilir".

Qeyd edək ki, Zirvə “Sağlam Ailə” və “Facemark” şirkətlərinin ortaq təşkilatçılığı ilə həyata keçirilir.

 

Bənzər yazılar

0.20414996147156