DYP-də yoxlamalar APARILMALI, korrupsiya sxeminə SON QOYULMALIDIR

 16-07-2022

Nazim Bəydəmirli: “Dünyanın heç yerində yol polisi idarələri texniki baxış həyata keçirmirlər”

Əldə etdiyimiz məlumata görə, Dövlət Yol Polisi İdarəsində də ciddi yoxlamalar aparılacaq. Buna səbəb isə qurumun Prezident İlham Əliyev tərəfindən elan olunan islahatlar kursuna uyğun fəaliyyət göstərməməsi, hökumət-vətəndaş münasibətlərinə xələl gətirməsidir. Hətta Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun təqaüdə göndəriləcəyi, rəhbərlik etdiyi idarədə kadr islahatlarının aparılacağı da söylənilənlər arasındadır.

Milli Məclisin sabiq deputatı, iqtisadçı alim Nazim Bəydəmirli Hokm.az-a açıqlamasında bildirib ki, yol polisi sistemində islahatlar qaçılmazdır:

“Əksər ölkələrdə, Rusiya və Gürcüstanda dövlət tərəfindən texniki baxış deyilən anlayış yoxdur. Yəni, bu sənədlərin verilməsi dövlətin inhisarında deyil. Özəl şirkətlər bu işi həyata keçirirlər. Bizdə isə hələ də texniki baxışın keçirilməsi Dövlət Yol Polisi İdarəsinin nəzarətində və balansındadırOnlar maraqlı deyirlər ki, hansısa özəl şirkət bunu həyata keçirsin. Çünki kifayət qədər gəlirli sahədir və özləri qazanmağa çalışırlar. Hər kəsə məlumdur ki, texniki baxış zamanı avtomobillərə heç bir baxış keçirilmir. Müəyyən sövdələşmələr əsasında sürücülər avtomobilini tərpətmədən çox asanlıqla texniki baxış sənədini əldə edə bilirlər.

Eyni zamanda bir çox hallarda yol hərəkəti qaydalarından anlayışı olmayan şəxslər maddi maraq qarşılıığında sürücülük vəsiqəsi əldə edirlər. Daha bir problem isə regionçuluq amili ilə bağlıdır. DYP sistemində yerlibazlıq hökm sürür və bir çox hallarda dərin biliklərə malik olmayan, korrupsioner məmurlar yüksək vəzifələrə irəli çəkilirlər.

Nazim Bəydəmirli əlavə edir ki, Dövlət Gömrük Komitəsində olduğu kimi, Dövlət Yol Polisi İdarəsində də yoxlamalara başlanmalıdır:Əgər biz doğrudan da şəffaf bir cəmiyyət qurmaq istəyiriksə, idarəetmədə rüşvətxorluğa, korrupsiyaya, yerlibazlığa son qoymalıyıq. Bunun üçün təcili islahatlara başlamalıyıq və bu sırada ilk üz tutulan ünvanlardan biri Dövlət Yol Polisi İdarəsi olmalıdır. Təcili olaraq DYP-də yoxlamalar aparılmalı, korrupsiya sxeminə son qoyulmalıdır – deyə müsahibimiz fikrini yekunlaşdırır.

Bənzər yazılar

0.14351010322571