"Azər-Türk Bank" ASC-nin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, sözü gedən bankın bu günə olan vergi borcu 500 min manatdan çoxdur (549835.21 AZN).
Nizamnamə kapitalı 50 milyon manat olan bankın İdarə Heyətinin sədri Hüseynov Orxan Ziyad oğludur.
Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə, sözügedən bank maliyyə naziri Samir Şərifovun kurasiyasındadır.
Müəllif Nilay
Mənbə 32gun.az