Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kadr təyinatı olub

 13-11-2023

Səhiyyə Nazirliyinin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kadr təyinatı olub.

“Report”un əldə etdiyi məlumata görə, tibb elmləri doktoru, professor İlham Kazımov mərkəzin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Səhiyyə Nazirliyindən də faktı "Report"a təsdiqləyiblər.

Qeyd edək ki, İ.Kazımov bundan əvvəl həmin tibb müəssisəsinin elmi katibi vəzifəsində çalışıb.

 

Bənzər yazılar

0.16795611381531