Orxan Məmmədov: “İqtisadi artım kapital və təbii sərvətlərdən deyil, insan zəkası və innovasiyadan asılıdır”

 15-07-2022

“Bu gün qlobal dünyada baş verən və həyatımızın bütün sahələrini əhatə edən dəyişikliklər yeni çağırışlar yaradır və buna uyğun olaraq yeni hədəflərin müəyyən edilməsini zəruri edir”.

MillətinSəsi.info xəbər verir ki, bu fikirləri “Yüksəliş” müsabiqəsinin final mərhələsində “Müasir çağırışlar və insan kapitalı formalaşması” mövzusunda çıxışı zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O.Məmmədovun sözlərinə görə, qabaqcıl texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqi günümüzün aktual məsələlərindəndir:

“Yeni trendlər göstərir ki, iqtisadi artım kapital və təbii sərvətlərdən deyil, insan zəkası və innovasiyalardan asılıdır. Bu baxımdan gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Qeyd edim ki, müxtəlif ölkələrin bugünkü uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilmişdir. Bu gün müasirləşən cəmiyyətlərdə bilik və bacarıqlar kapital sayılır və iqtisadiyyatın əsas resursuna çevrilir”.

 

Bənzər yazılar

0.14593505859375